Əsas məzmuna keç

Qəzəl

İstəmən cismimdə can, ol dilrüba canım gərək

Şah İsmayıl Xətai

1

İstəmən cismimdə can, ol dilrüba canım gərək. Bir dəxi ol ay yüzin görsəm ki, imanım gərək.

Çox bəlavü dərdü ğəm çəkdim yolunda səbr edib, Dərdi-hicran həddən ötdü, şimdi dərmanım gərək.

Dil ğəmin səhrasinə lə’lindən istər qətrə su, Zülməti-hicranda qaldım, abi-heyvanım gərək.

Ey fələk, qıldın məni dilbərdən ayru natəvan, Mən həvadə zərrəyəm, xurşidi-tabanım gərək.

Bu Xətayi qulluğa bağlandı xidmət qurşağın, Ol gözüm nuri sənəm, ol sevgili canım gərək.

Lüğət: Dilrüba – gözəl, könülalan; Dil – ürək; Abi – həyat – dirilik suyu; Natəvan – gücsüz; Xurşid – günəş; Taban – parlaq; Nuri – rəhman – ilahi nur

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.