Istədim mərhəm oxundan cigərim yarəsinə
Istədim mərhəm oxundan cigərim yarəsinə, Atdı min ox ki, dəgər hər biri bir parəsinə.
Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr, Gör nə qanlar düşəcəkdir oların arəsinə.
Çəkməz oldu, könül oxlar yükün, ol sərv məgər Çəkərək atə oxun, rəhm edə biçarəsinə.
Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb Bir içim su verə dəşti-qəmin avarəsinə.
Hər tərəf əkslərimdir görünən, ya yığılıb Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.
Bilməzəm kim, nəzər əhli nəsini əksildər, Qəzəb eylər, nəzər etsəm məhi-rüxsarəsinə.
Ey Füzuli, cigərim qanını qoymaz tökülə, Can fəda ol sənəmin qəmzeyi-xunxarəsinə.
Lüğət: Gərd – toz; Sirişk – göz yaşı