Əsas məzmuna keç

Qəzəl

İstədim çarə xətin bu dili-sədparə üçün

Seyid Əzim Şirvani

1

İstədim çarə xətin bu dili-sədparə üçün, Dedi mərhəm kim edib müşki, görək, yarə üçün?

Qasid, ol mahi-təmamım şəbi-hicran qəminə Nə sərəncam eləyirdi bu günüqarə üçün?

Həzrəti-Nuhi-Nəci nəxleyi-Tubanı kəsib, Sənə, ey tifl, gərəkdir yona kəhvarə üçün.

Tövbə verdi mənə meydən qəsəm ilə vaiz, Payladım badə alıb mən dəxi kəffarə üçün.

Səni gördükdə səri-rahdə, həqdən Seyyid Yüz göz istər, gözəlim, hüsnüvə nəzzarə üçün.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.