Əsas məzmuna keç

Qəzəl

İsladam, kaş, ürək qanı ilə xaki-dərin

Məhəmməd Füzuli

1

İsladam, kaş, ürək qanı ilə xaki-dərin, Hali-dildən ola hər rəng ilə olsa xəbərin.

Hərə bir can ola, ey kaş, bu qan qətrələri, Ola bir-bir sənə qurban bizə düşsə güzərin.

Istərəm sən ova çıxdıqda şikarın mən olam, Sənə olduqda fəda ta mənə düşsün nəzərin.

Seyrə çıxsan edərəm xəlqi fəğanla məşğul, Səndən, ey gül, xəbəri olmaya ta bir nəfərin.

Söylərəm dərdimi öz kölgəmə, əfğanımdan Mən olan mənzilə bir kəs daha salmaz səfərin.

Bu gözəllərdə vəfa yoxdur, ədəm tilsimi var, Belə batil bir işin görməyəcəksən səmərin.

Eşqdən mən’ qılır gərçi, Füzuli, naseh, Mənə təsir eləməz sözləri hər bihünərin.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.