Əsas məzmuna keç

Qəzəl

İşim eşqində fəryad eyləməkdir

Şah İsmayıl Xətai

1

İşim eşqində fəryad eyləməkdir, Vüsalın və’dəsin yad eyləməkdir.

Xərab etdi demən eşqin könülni, Bəs ol viranı abad eyləməkdir.

Bu könlüm adəti hər şəb ğəmində Fəğanü ah bünyad eyləməkdir.

Verürmən ğəm dilə ümmidi-vəslin, Bu rəsm ilən anı şad eyləməkdir.

Xətayi qulluğın məqbul qılsan, Bu gün yüz bəndə azad eyləməkdir.

Lüğət: Şəb – gecə; Bünyad – özül, kök; Vəsl – qovuşmaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.