Əsas məzmuna keç

Qəzəl

İkram edər o gül mənə əğyar yanında

Seyid Əzim Şirvani

1

İkram edər o gül mənə əğyar yanında, Ta etsin özün sevgili hər xar yanında.

Məqsud bu kim, mən olam azürdə, rəqibi Əgləşdirə ol yari-dilazar, yanında.

Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux, Güldü, dedi: gül daim olur xar yanında.

Şadəm ki, gözün fikridi peyvəstə könüldə, Xoşdur ki, təbibi ola bimar yanında.

Hər xar nə versin ərəqi-ruyüvə qiymət Kim, qədri gülabın olur əttar yanında.

Haşa ki, güli-tər ola rüxsarüvə nisbət, Gül xarə dönər ol rüxi-gülnar yanında.

Gər ol sənəmin zülfi qəmindən ölə Seyyid, Dəfn eylədin ol sahibi-zünnar yanında.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.