İki hörük arasında üzün qiyamət edər
İki hörük arasında üzün qiyamət edər, İki gecə arasında günəş iqamət edər.
Könül qoşa ləbinə canımı demiş qurban, Iki əzizə bu bir can necə kifayət edər?
Nə vəsli oldu müyəssər, nə əhdə etdi vəfa, O gül yenə mənə “bədbin” deyə məlamət edər.
Vüsal zövqü onun olmadı bizə qismət, Bu zövqü, ya Rəb, o dilbər kimə kəramət edər?
Əgər desəm sevirəm, qorxuram dönüb deyəsən: Bu söz nə sözdür, ədəbsiz buna cəsarət edər.
Məni ləbin həvəsi dərdü qəm əsiri qılıb, Görəndə halımı düşmən gülər, şəmatət edər.
Dedim: Füzuli düşüb eşqinə, gözəl; o dedi: Ədəbsiz olduğuna öz adı dəlalət edər.