İki bölündü sənin möcüzünlə çərxdə mah
İki bölündü sənin möcüzünlə çərxdə mah, Sözün sübutu üçün olsun əldə iki güvah.
Qəmər yarıldı əgər barmağınla, var vəchi, Atın o daireyi-mahdən salıbdır rah.
Kəlam göydən enib, sən səmayə yüksəldin, Əyarü qiymətini qoy düşünsün hər gümrah.
Güli-şəhadətin olmazsa, bir səmər verməz, Nihali-əşhədu ənla-ilahə-illəllah.
Kəmali-qədr yetər sən edəndə ərzi-kəmal Ki, kəsri-mahi-təmaminlə artdı rütbəvü cah.
Kəfilisən, niyə qorxsun əzabdan ümmət, Şəfiisən, niyə qorxsun bu xəlq, etsə günah.
Şəha, Füzuliyi-bidil qapında bir quldur, Sənin o lütfünə dikmiş gözün o ruyi-siyah.