İki aləmdə sultandır qələndər
İki aləmdə sultandır qələndər, Qədimi küfü imandır qələndər.
Qələndərdir həqiqət sirri-kövneyn, Əmiri-həyyi-fərmandır qələndər.
Qələndər Mustafavü Murtəzadır, Zəhi cism ilə həm candır qələndər.
Cahan içində sər ta pa bürəhnə Şəhin eşqinə qurbandır qələndər.
Müsafirlər ki, məsti-cami-həqdir, Vüsali-şahə mehmandır qələndər.
Cəhanın darini buldu gəda boş, Əcayib əhli-imandır qələndər.
Keç indi, şöhrəti-aləm göründi, Hesaba cümlə ehsandır qələndər.
Vilayət Kə’bəsin açdı Xətayi, Qulami-şahi-mərdandır qələndər.
Lüğət: Sirri – əf’al – işlərin sirri; Həyyi – baqi – əbədi dirilik; Bəsi – çox