Əsas məzmuna keç

Qəzəl

Iki aləm anındır kim, gözünə həq əyan oldu

İmadəddin Nəsimi

1

İki aləm anındır kim, gözünə həq əyan oldu, Həqi gördü, həqi bildi, həqi kim, bigüman oldu.

Əgər Musa kimi gəlmək, təcəlli görmək istərsən, Nəzər qıl üzünə gör kim, iki aləm əyan oldu.

Təaləllah, nə zibasan ki, hüsnün dövri-bağında Qaşınla kirpigin, zülfün üzündə gülsitan oldu.

Qiyamət qopdu hüsnündən, yedi iqlimə yayıldı, Sənin qəddü qiyamından məgər axırzaman oldu?

Çəlipa zülfü xalından saçın leylidürür, amma İrişdi ayəti-fanzur adı nurü düxan oldu.

Nigarın lə’linə hərdəm tökər şəhd üstünə şəkkər, Vəli qafil nə bilsin kim, nədən şirin dəhan oldu.

Məkana sığmadı zatım, əzəldəndir bədayatım, Nəsiminin bu mə’nidən məkanı laməkan oldu.

______________________Milli Kitabxana_______________________

Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Şəhd – Bal; Dəhan – Ağız; Laməkan – Məkansız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.