Əsas məzmuna keç

Qəzəl

Ibtidadır, ibtidadır, ibtida

İmadəddin Nəsimi

1

İbtidadır, ibtidadır, ibtida, İbtidadan hasil oldu intəha.

İbtida gəldi kəlami-layənam, Favü zadü lam həqdən, vəssalam.

Nitqi-əşya natiqi-həqdir özü, Söyləyən kənduyə kəndudur sözü.

Söz olubdur kəndu söz söylər əyan, Kəndu kəndu zatını eylər bəyan.

Hər sifətdən xali etmiş kəndözün, Kəndu kəndu üzünə tutmuş üzün.

Hər nəyə qılsan nəzər ol bigüman, Kəndu kəndözün verir sana nişan.

Uş bu bərrü bəhr içində kəndidür, Yə’ni əsdaf oldu hər şey, kəndi dürr.

Aləmü əşya anın hökmündədir, Oxu bilgil anı kim nitqindədir.

Bu sifətlər intəhası kəndidür, Yə’ni bu şəhrin əsası kəndidür.

Uşbu şəhr içində olmuşdur müqim, Yoludur anın siratəl-müstəqim.

Bu səbilüllaha hər kim buldu yol, Anların hacətləri oldu qəbul.

______________________Milli Kitabxana_______________________

Bu sirat üzrə übur etmək gərək, Bu siratı tutuban getmək gərək.

Bu sirat üzrə qədim imiş qədim, Girəməz bu şəhrə şeytanir-rəcim.

Neyləsin, bilməz o şəhrin yolunu, Anlamaz ol əhli-cənnət dilini.

Dili var sanır və leykin, dili yox, Bir məgəsdir zəhri vardır, balı yox.

Acizü miskinü sərgərdan durar, Özü heyvan, surəti insan durar.

Hər kimin kim, zərqi var, iqrarı yox, Bir ağacdır kim, dikilmiş, barı yox.

Mö’münün könlün yıxar xənnas ilə, Yə’ni salusluq satar vəsvas ilə.

Cümlənin sirrini ol xaliq bilir, Din yolunu aşiqi-sadiq bilir.

Zahidi-zərraq olanlar xam olur, Aqibət salus olan bədnam olur.

Kim ki, sənə daş atarsa, gül ona, Şad oluban sevinib gülgül ona.

Fe’lü əf’alı qamu zərqü riya, Zərq ilə qul olmaq istər tanrıya.

Zərq ilə qulam deyənlər qul deyil, Əhli-zərqin taəti məqbul deyil.

Çünki zərqin ola ismü fe’li zərq, Aləmi bilqüvvədən algil səbəq.

______________________Milli Kitabxana_______________________

Qüvvəti-can ol, dilərsən qüvvətin, Vəslə vasil ol, yetirgil firqətin.

Gər dilərsən kim, olasan mö’təbər, Kəndu mülkün sirlərindən al xəbər.

Gəl vücudun şəhrinə etgil nəzər, Vaqif ol, özündən olma bixəbər.

Ey kəlami-zati-biçundan nişan Bulayın deyən kişi, eşit bəyan:

Gəl bu şəhr içində gör didarını, Gəl bu şəhr içində istə yarını.

Cismə can ol, cismə can ol, cismə can, Necə uyarsan bəri gəl, bir oyan.

Həqqi istərsən səgirdib dörd yana, Kimə gedərsən, sana gəl, sən sana.

Sən sana gəl, sən, sana həq yar ola, İstədigin cümlə səndə var ola.

Axirətdə mənzili darüssəlam, Bulayım dersən sana gəl, vəssəlam.

Səndədir şol gənci-pünhan, səndə var, Qətrəsən ki, bəhri-ümman səndə var.

Aç bu ibrət gözünü kim, görəsən, Kəndu şəhrin içrə yarın bulasan.

Biləsən bu varlığın ərkanını, Biləsən canlar içində canını.

Biləsən hər şeydəki var varını, Can gözilə görəsən didarını.

______________________Milli Kitabxana_______________________

Hər ki, kəndu zatının sultanına İrmədi, girməz bu şəhrin kanına.

Kəndu mülkündən iraq avarədir, Qeyrəti yox, neyləsin biçarədir.

Bilmədi çün kəndu kəndu zatını, Anın üçün oxumaz ayatını.

Fəth edən bu şəhriyarın şəhrini, İşlədi, bildi gümansız dəhrini.

Çün bu şəhrin yarına yar oldu ol, Hər nə məqsudisə andan buldu yol.

Çünki yar oldu bu şəhrin yarına, Hökmün etdi mülkü malü varına.

Bilmək istərsən bu şəhrin varını, Gəl eşit gör necə söylər yarını.

Anla uşbu sirri kim, söylər sana, Yol bulasan kəndu kəndundan yana.

Hər yaradılmışın əsli sən özün, Anlar isən rəmzini uşbu sözün…

Əlləməl əsmai-küll budur tamam, Adəmə öyrətdi həq, bil, vəssalam.

Ey bəradər, bil bu nitqin qayətin, Lamü bey görgil, yetərgil firqətin.

Məqsədi-sidqim lisani-sadiqin Aşiqiyəm mə’şuqü hər aşiqin.

Mənə irişən kişilər can olur, Küfrü qalmaz, kəndusu iman olur.

______________________Milli Kitabxana_______________________

Nuri-əşya çün mənəm eynül-yəqin, Mənə irən oldu əshabül-yəmin.

Gənciyəm, gənc issinin mən gənciyəm, Dərdi bidərmanların birənciyəm.

Sadiqülvə’di-mübindir sözlərim, Görünür əşya üzündə gözlərim.

Eyniyəm, hər əhli-eynin eyniyəm, Münkirin könlü içində beyniyəm.

Nitqü zatımdan əyan oldu cahan, Sözlərimdən kafü nundur laməkan.

Şəhri-qan içində canlar canıyam, Kainatın təxtinin sultanıyam.

Yeddi iqlimə məkanam laməkan, Olmuşam çün cümlə şeydə bigüman.

Məzhərəm, yoxdur şərikim, laşərik, Vahidəm, mülkümdə yoxdur müştərik.

Nuri-dəryayi-vücudi-mütləqəm, Gah məllahi-cahan gah zövrəqəm.

Heyyü qəyyumü dəvamü dövlətəm, Aləmi-kəsrət içində vəhdətəm.

Gər dilərsən kim, bulasan sən səni, Mənliyindən keçü tərk eylə məni.

Mənliyindən keçməyən şeytan olur, Divi-mə’lundur, qaçan insan olur?

Zöhdlə şeytan qaçan ola mələk, Əsli oddur, çün oda vasil gərək.

______________________Milli Kitabxana_______________________

Mənliyindən keçməyən xudbin olur, Müstəhəqqi-lə’nətü bidin olur.

Dedi əsfəllər məqamıdır dərək, Hirsü lə’nətdən düşüb ola hələk.

Nəfsini tanıya gör, ey müttəqi, Kimsəyə tə’n etmə, əbsəm, ey fəqi.

Tabeyi-əfsanə olmuş tə’n edər, Bixəbərdir, bixəbərdir, bixəbər.

Tabeyi-nəfs həvayi-şum edər, Bu səbəbdən özünü məsmum edər.

Bilmədi məscudu kimdir sacidin, Görmədi nurun vücudi-vahidin.

Nurikən nar oldu çünkim, ol ləin, Oxu lə’nət canına, ey əhli-din.

Ey deyən ki, qandadır yari-bəqa, Eşq ilə gəl, bax vücudi-mütləqa.

Gəl, bu ibrət mülkünə gir, abid ol, Yollarında can ilə sən sacid ol.

Gər dilərsən k’əhli-irfan olasan Kim, vücudün şəhrinə yol bulasan.

Gəl, xəbərdar ol bu şəhrin varına, Zülmətin tanıvü gir ənvarına.

Yollarından al xəbər, sən ey xəbir, Olasan mülki-vücud içrə əmir.

Gəl bəri, fəth et bu şəhri, gəl bəri, Necə gəzərsən cahanda sərsəri.

______________________Milli Kitabxana_______________________

Vəsfini eşit bu şəhrin şəhrinə, Qərq olasan mütləq anın bəhrinə.

Gəl bu şəhrin sözlərinə dut qulaq, Ta biləsən kim, nədir bu qara-ağ.

Dörd dirəklə qaim olmuşdur bu şəhr Kim, anın içindədir afağü dəhr.

Kim ki, bildi mən-ərəfdə zatını, Baxdı, gördü, oxudu ayatını.

Hər nə istərsən bulasan bunda gəl, İstədigin anda degil, bunda gəl.

Otuz iki mənzili var ilinin, Yetmiş üç dürlü məqamı yolunun.

Bu məqamı həq bilən hacı bilir, Bu kəlamı firqeyi-naci bilir.

Üç yüz altmış mənzili var surunun, Bu təcəlli şəhri Musa Turunun.

Dedigüm şəhrin şu dənlü bürcü var Ki, sığar hər bürcünə yüz min süvar.

Pasibanı bürcünün, ey pasiban, Oldu yigirmi səkiz kişi haman.

Bunların avazına, avazələr, Dopdoludur şəhr içi dərvazələr.

Oldu yetmiş yeddi şəhrin ləşkəri, Padşahın əmridir, bil bunları.

Həq-təalanın sifatıdır bular, Kəndunun nitqində zatıdır bular.

______________________Milli Kitabxana_______________________

Yə’ni bu otuz iki kişidən, Oyanır bunların ünün eşidən.

Qəflət uyğusundan bidar olar, Həqqi tanır, həq anınla yar olar.

Həq kəlamıdır buların dilləri, Hər nəyə sunsa irişir əlləri.

Nitqi-heyyi-zati-yəzdandır bular, Nuri-ərşü vəchi-rəhmandır bular.

Müxtəlif olmuş buların surəti, Aləmi-mə’nidə birdir sirəti.

Surəti kəsrətlə olmuş müxtəlif, Cümləsinin zatı birdir çün əlif.

Bir-birindən bunları hər kim seçər, Bunların sirrindən oldur bixəbər.

Tulü ərz olmaz bularda rəngü lövn, Əsfəlü ə’la, əmiqü həddü kövn.

Bişəbihü laşərik olmuş bular, Zahirü batində hər şey kəndular.

Heyyi-baqidir buların varlığı, Yox buların sayruluğu, sağlığı.

Bunlar oldu cümlə şeydə müştərək, Həm münəzzehdir, bularda yox dərək.

Həm sifətdə zati-qaimdir bular, Ölməz-itməz nitqi-daimdir bular.

Qadiri-qəhhari-Mehdi möhtədi, Fel’i-müstəqbəlü mazi, mübtədi.

______________________Milli Kitabxana_______________________

Cümlə bunlardır bil, ey danayi-din, Bunlar oldu rəhmətən-lilaləmin.

Cümlə aləm çün buların hökmünə Oldu məhküm, gör buların hökmü nə.

Saətü vəqtü hesabü mahü sal, Gecə-gündüz nuri-xurşidü zülal.

Çərxi-əflakü səmavatü zəmin Bunların mülküdür, ey əhli-yəqin.

Əmri-həqdir çün bular, ey əmri-həq, Gəl buların dəftərindən al səbəq.

Oxu bulardan, bəri gəl, quş dilin, Həll edəsən ta ki, nəfsin müşkilin.

Bunlara derlər, şəha, ümmül-kitab, Fe’lü əşyaya bulardır fəthi-bab.

Hər yana baxsan bulardır görülən, Bəlkə hər şeydə bulardır əm olan.

Bunların hökmündə hər şey, bunların, Canıdır sərcümleyi-mö’münlərin.

Müshəfi-nuri-qədimi-ləmyəzəl, Xətti-məsturi-kitabi-bibədəl.

Lövhi-məhfuzi-hürufi-zülcəlal, Rəqqi-mənşuri-xudayi-pürkəmal.

Dəftəri-mülki-vücudi-ənvəri, Naziri-aləm, cahanın sərvəri.

Bunlar oldu cümlə dilin söyləyən, Söyləyib həm söylədən, var din deyən.

______________________Milli Kitabxana_______________________

Əvvəlin və axırın bunlar olur, Bunları bilən kişi həqqi bulur.

Kafü nuna, eyni-zata ibtida, Həmsifət olur bular biintəha.

Cümlə bunlar qəbzi bəstində haman, Dərc olubdur, bu sözə yoxdur güman.

Gəl buları istə, sə’yə qalib ol, Bülfüzul olma, həqə gəl talib ol.

Gəl buları istə bul, ey mərdi-rah Kim, bular olur sana həqdən güvah.

Bunlarınla irəsən məqsuduna, Abid ol bunlara, ir mə’buduna.

Bunları bilmək dilərsən bunları, Əhmədi-mürsəldən istəgil yeri.

Yə’ni otuz iki min peyğəmbərin, Dillərini anlağıl sən bunların.

Ta ki, iltələr səni ol həzrətə, Nura qərq olub, batasan rəhmətə.

İşbu mənzildən irənlər tapuya, Dəxi möhtac olmaz özgə qapuya.

İstəyən şəhri-vücudi-Əhmədi, Gəl, eşit dari-diyari-sərmədi.

Yeddi olmuşdur bu şəhrin qapusu, On səkiz olmuş təmamət yapusu.

Əhmədin şəhri, qapusu yeddidir, Gər inanmazsan hədisi iştə gör.

______________________Milli Kitabxana_______________________

Yeddidir nuri-səmavatü zəmin, Yeddidir, hər talibə degil həmin.

Hər qapu altında ikidir mələk, Bunlarınla yar olun, budur dilək.

Hər eşigində müqim olmuş bular, Bunlarınla yar olan kişi gülər.

Bu rümuza irişənlər can olar, Dərvişikən məhrəmi-sultan olar.

Bunların nitqində əşya sərbəsər, Qərq olubdur, anlamaz hər bixəbər.

Nitqi-həqdir çün buların sözləri, Vəhyü bürhandır təmamət özləri.

Bunların dilin bilənlər adəmi, Adəm oldur kim, bilibdir bu dəmi.

Aşikara etdi əsma sirrini, Söylədi can müshəfin təfsirini.

Sahibi-tə’vil həqdir bigüman, Leylətül-əsra, rümuzi-cavidan.

Zülmət içrə qalmış idi kainat, Dolmuş idi cümlə aləm müşkilat.

Divi-məl’un dutmuş idi aləmi, Cümlə div idi, yox idi adəmi.

Gəldi, adəm nurunu şərh eylədi, Odü su, torpağü yeldən söylədi.

Adəmin sirrin bilənlər, adəmin, Bildi rəmzin on səkiz min aləmin.

______________________Milli Kitabxana_______________________

Nəfxi-Isa ölü dirildir haman, Adəmin sirridir ol sahibzaman.

Mehdiyi-nuri-hidayətdir yəqin, Məhrəmi-nuri-inayətdir yəqin.

Sümmi-vəchüllaha edənlər nəzər, Uşbu üzün eynidir, ey pürhünər.

Künzi-əşya mənbəi-candır özü, Eyni eyn olur görənlər ol üzü.

Görər ol üz içrə üzlər üzünü, Nitqü can içində gözlər özünü.

Nitqi-can olur tamam, ey nitqi-can, Küfrü gedər, kəndu nur olur haman.

Ey Nəsimi, həq-təala səndədir, Həm sifatı dildə, zatı candədir.

Kim ki, bildi kənduyu, bildi həqi, Bilməyənlər nəfsini oldu şəqi.

İstədigin kənduda bular tamam, Padişah olar, ana əşya qulam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Kəndu – Özü; Bəhr – Dəniz; Müqim – Sakin; Məgəs – Milçək; Arı; Zərq – Hiylə, yaltaqlıq; Zərraq – Yaltaq, riyakar; Taət – Din və dünya qaydalarına itaət etmə; Didar – Görüş; Yarın – Səhər; Şol – O; Gənc – Xəzinə; Əsma – Adlar; Lisan – Dil; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; Laməkan – Məkansız; Əbsəm – Lal; Nar – Od; Bəqa – Baqilik; Qaim – Möhkəm; Naci – Qurtulmuş; Təcəlli – Əzəmətli zühur etmə; Ləşkər – Qoşun; Yəzdan – Allah; Ərz – Yer; Müstəqbəl – Gələcək; Mazi – Keçmiş; Xurşid – Günəş; Nəfsi – şum – Uğursuz nəfs; Bab – Qapı; Müshəf – Kitab; Ləmyəzəl – Əbədi, ölməz; Məstur – Gizli; Bibədəl – Əvəzsiz; Güvah – Şahid; Mürsəl – Peyğəmbər; Rümuz – Rəmzlər S; Bürhan – Dəlil, sübut; Hidayət – Doğru yolda rəhbərlik; Eyn – Göz; Nur – İşıq; Şəqi – Bədbəxt

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.