Əsas məzmuna keç

Qəzəl

Hüsnünə heyrandurur hurü mələk

İmadəddin Nəsimi

1

Hüsnünə heyrandurur hurü mələk, Eşqinə sərgəştədir daim fələk.

Vüslətin mana müyəssər olmadı, Netəkim yolunda çəkdim çox əmək.

Mən qula rəhm et, şəha, çox gəz dedim, Keçmədi tapın qatında bir dilək.

Həsrətindən qəm yerisəm mən nola, Aşiqin daim işidir qəm yemək.

Şol şəkərdildən rəvamıdır, şəha, Mən mühübbə sən acı söz söyləmək.

Gözlərimin bəhrinə qərq olmuşam, Netəkim seyr edərəm misli-səmək.

Ey Nəsimi, aqibət varır yelə, Bivəfa ilə yeyən nanü nəmək.

Lüğət: Sərgəştə – Avara, başıpozuq; Netəkim – Necə ki; Gəz – Uzunluq ölçüsü; Dəfə; Şol – O; Səmək – Balıq; Nəmək – Duz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.