Əsas məzmuna keç

Qəzəl

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur

Məhəmməd Füzuli

1

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur, Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Cənnət üçün mən’ edən aşiqləri didardən, Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.

Eşq dərdindən olur aşiq mizaci müstəqim, Aşiqin dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin, Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.

Eşq sevdasinə sərf eylər Füzuli ömrünü, Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.

Lüğət: Füzun – artıq. G; Timar – xəstəyə baxmaq, şəfa vermək; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.