Əsas məzmuna keç

Qəzəl

Hüsnün bəyani sureyi-yasinü haləta

Şah İsmayıl Xətai

1

Hüsnün bəyani sureyi-Yasinü haləta, Ey Kə’beyi-mübarəkü vey Mərveyi-Səfa.

Dövri-fələk verürsə mənə ixtiyarini, Bir tari-muyini dü cəhanə qılam bəha.

Gəlmiş degil, gəlibdürə bilməz beruzi-həşr Dövri-qəmər sənin təki bir şahi-məhliqa.

Kim ki, vüsalin istiyə ixlas ilə sənin, Üstündə zilli-sayeyi-səadət dutar hüma.

Torpağə bas əyağini, ey gözlərim nuru Kim, xaki-payini dilərəm bəhri-tutiya.

Şeydavü məstü valehü heyranəm, ey sənəm, İxlas ilə yolunda mənəm rindü canfəda.

Xurşidü mahü cümlə sitarə bər əncümən Qıldı sücud surətinə, ey əzizi-ma.

Ruh müsəvvər oldu yüzündən beabü gil, Sənsən, şəha, bu əhsəni-təqvimə kimiya.

İnsan deyirdi göydə mələk yox idi hənuz, Sən var idin cəhanda, əya dürri-ibtida.

Həmtasi ol şahənşahi-ə’zəm nigarımın Yoxdur behəqqi-hörməti-övladi-Mustəfa.

Yarın yolunda xəstə Xətayi yoruxmə tiğ, Olgil şəhidi-dəşti-biyabani-Kərbəla.

Lüğət: Hüsn – gözəllik; Vey – o; Bəha – qiymət, dəyər; Qəmər – ay; İxlas – sevgi, səmimiyyət; Zilli – sübhan – Allah kölgəsi; Bəhr – dəniz; Rind – xərabət əhli, kefcil adam; Xurşid – günəş; Sitarə – ulduz; Dürr – inci; Həmta – bənzər, oxşar; Tiğ – qılınc; Dəşt – çöl

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.