Əsas məzmuna keç

Qəzəl

Hüsnü-gülnarı nigarın şərmisar eylər gülü

Məhəmmədəli Şəfai

2

Hüsnü-gülnarı nigarın şərmisar eylər gülü, Rəng-xiclətdir ki, eylə gülüzar, eylər gülü.

Gül üzündən bir kənar etsə niqabi-zülfünü, Bülbüli şeyda kənarindən kənar, eylər gülü.

Oldu təşbihi rüxi-yarilə vəsfi-cənnətin, Hər gülüstanə onunçün iftixar, eylər gülü.

Bilmə kim badə-xəzanilə solur gül bağidə, Atəşi-eşqi həzaran xakisar, eylər gülü.

Arizi-alində sordum vəchi-xalı, söylədi Adəti-çərxin budur, xarilə yar, eylər gülü.

Ağladıqca mən gülər ol qönçə ləb yari-əməl, Sanki xəndan giryeyi-əbribahar, eylər gülü.

Bilmə, bülbül tək, Şəfai, eşqi-güldən aləmi, Aşiqi-şeydayi ol varəm ki, var, eylər gülü.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.