Əsas məzmuna keç

Qəzəl

Hüsnini mən yusifi-kən’anə nisbət qılmışam

Şah İsmayıl Xətai

1

Hüsnini mən Yusifi-Kən’anə nisbət qılmışam, Qılmışam nisbət, vəli şahanə nisbət qılmışam.

Canımı tərh etmişəm yolunda, ey arami-can, Könlüm içində xəyalın canə nisbət qılmışam.

Dişlərin incu, ləbin mərcandır, ey bəhri-kərəm, Həlqeyi-dövri-dəhanın kanə nisbət qılmışam.

Ey şəhi-xubani-aləm, bağ içində mən sənin Boyunu sərvə, saçın reyhanə nisbət qılmışam.

Bu Xətayi bir qulundur asitanında sənin, Mürvət eylə, mən səni sultanə nisbət qılmışam.

Lüğət: Hüsn – gözəllik; Vəli – ancaq, lakin; Tərh – atmaq, qaralama, layihə; Bəhr – dəniz; Dəhan – ağız

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.