Əsas məzmuna keç

Qəzəl

Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana

Şah İsmayıl Xətai

1

Hüsni-rüxsarın kim, oldu canü dil heyran ana, Və’deyi-dövri-qəmərni tapşırır dövran ana.

Çün sənin hüsnün misali-Yusifi-Kən’anidür, Yüzini hər kim ki, görməz, yoxdurur iman ana.

Atəşi-eşqində, ey xunxarə gözlü dilbərim, Eylə yanmışdır bu bağrım, yoxdurur dərman ana.

Gül yanağın, dilbəra, bəs tazətərdir hər zaman, Qanlı yaşımdan tökər hər dəm gözüm baran ana.

Zülməti-zülfində könlü bu Xətayi xəstənin Xızra bənzər kim, görünməz çeşmeyi-heyvan ana.

Lüğət: Hüsn – gözəllik; Dil – ürək; Baran – yağış; Çeşmeyi – heyvan – dirilik bulağı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.