Əsas məzmuna keç

Qəzəl

Hüsni-gülşən ol məhin bir cilveyi-ruyindədir

Məhəmmədəli Şəfai

3

Hüsni-gülşən ol məhin bir cilveyi-ruyindədir, Vəsfi-gül, ovsafi-sünbül bir teli-muyindədir.

Arizi-gülnari tək ey əndəlibi-xoşnəva, Sevdiyin gül hansı bir bağın ləbi-cuyindədir.

Hayi-huyi-cənnətin vaiz inandırmaz məni, Varsa cənnət yarımın ol basəfa kuyindədir.

Bunca mehraba əyilmə zahida bica yerə. Səcdəyi-taət o mahın taği-əbruyindədir.

Qeylü qali masəva rüsvayi-əql etməz məni, Meyli-eşqim «Leysə illahu» süxənguyindədir.

«Kuyimə yol vermərəm əğyarı» söz vermiş idi, Bəs nədir ol şanə kim zülfi-səmənbuyindədir.

Aldı aramım nigar ol kəcnigahın, çarə qıl. Şahid istərsən əgər bax, gözlərim suyindədir.

Kipriyindən oxlanan zəxmi-dilə sordum əlac, Məlhəmi anın dedilər ləli dilcuyindədir.

Əl götür candan Şəfai doğru aşiqlər kimi, Doğru aşiqlər yeri məşuqələr kuyindədir.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.