Əsas məzmuna keç

Qəzəl

Hüsn mülkün dutmağa ləşkər çəkib zülfi-siyah

Məhəmmədəli Şəfai

4

Hüsn mülkün dutmağa ləşkər çəkib zülfi-siyah, Vermə ey şəmşiri-əbru düşməni işğalə rah.

Agah ol, ey didəbani-didə, basqından həzər, Div geysu tilsimin sındırsın ey cadu nigah.

Əlaman ey tiri-müjgan, tiri-baran vəqtidir, Ləşkəri-zülfi-siyəhdən tirələnmiş mehrü-mah.

Şahi-hindu tək düşübdür həlqəi-geysuyə xal, Məmləkət məğlub olur xəsmə dutulsa padşah.

Göstər ədayə livayi-hərbi ey ruxsari-al, Ey ruxi-sim olma təslimi-süpahi-rusiyah.

Ey dəhəni-dürfəşan təbliği-sülh et düşməni, Dil qılıncın çək qılafından ki, tərk olsun silah.

Sülhdür qalib həmişə, hər zaman dəvalərə, Gecəni məğlub edən yalnız deyilmi şən sabah?

Ləşkəri-geysu, Şəfai, hüsnə gər tapsa zəfər, Qərq edər çahi-zənəxdan olsa minlərcə süpah.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.