Hüsn bağı gül camalından alıbdır ziyvəri
Hüsn bağı gül camalından alıbdır ziyvəri, Fəth olunmuş kirpiyin tiğilə eşqin kişvəri.
Saliki-rahin üçün xuni-ciyər azuqədir, Əql pirin tifli-məktəb etdi hüsnün dəftəri.
Çərxi-dövran çox çevirmişdir gözəllik dəftərin, Tapmadı vəsfi-camalın bir varaqda, ey pəri.
Mənzili-vəslə tapar yol dəhrdə ol kimsə kim, Yaxşı-pis qeydindən azad olmuş əvvəldən bəri.
Güzgüsü eşqin tutubdur rəng o nəm torpaqdən Kim, o gül rüxsarının axmış ona inci təri.
Qana döndü, ey gözəl, sənsiz bu viran könlümüz, Batmaq istərkən günəş al rəng çulğar göyləri.
Kəc nəzərlərdən, Füzuli, qəm yemə, eşqin yolu Doğru yoldur, aşiqin bu yolda həqdir rəhbəri.