Əsas məzmuna keç

Qəzəl

Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş

Məhəmməd Füzuli

1

Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş, Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.

Götürmüş xakdən tüğyani-əşkim xarü xaşaki, Başım üzrə məlamət quşlariçün aşiyan etmiş.

Büküb möhnət yükündən qəddimi, çıxmış tənimdən can, Təvafi-kuyin etmək qəsdinə teyyi-məkan etmiş.

Səninlə də’viyi-hüsn etdigiçün mülki-hüsn içrə, Fələk tə’zir edib Leylini rüsvayi-cəhan etmiş.

Məgər tərkibi-Isa xaki-kuyi-dərgəhindəndir Ki, durmuş xakdən qədrilə əzmi-asiman etmiş.

Gəzən peykanlarındır təndə, ya can bağinə eşqin Bəla sərçeşməsindən hər tərəf sular rəvan etmiş.

Füzulidən mizacın münhərif gördüm bu gün yarın, Məgər fürsət bulub bir şəmmə halından bəyan etmiş?

Lüğət: Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Xuni – qanlı, qatil; Xaşak – çör-çöp; Aşiyan – yuva, sığınacaq yeri; Təvaf – başına dolanmaq; Şəmmə – bir az, cüzi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.