Əsas məzmuna keç

Qəzəl

Hilalə döndü qəmər qaşların hilalından

İmadəddin Nəsimi

1

Hilalə döndü qəmər qaşların hilalından, Boyandı qana qızılgül yanağın alından.

Çələb səni necə şirin dodaqlı yaratmış Ki, səlsəbil utanır ləblərin zülalından.

Ayın hilalı əgərçi günəşdən alır nur, Bü ayı gör ki, günəş nur alır hilalından.

Qara bənin nə əcəb türfə hala düşmüşdür, Bu halı bilməyənin hiç sorma halından.

Təvildir saçının qissəsivü sirri dəqiq, Əgər inanmaz isən sor bu nüktə xalından.

Nə hüsn olur bu, nə surət, əleykə eynüllah Ki, məst olur görəcək əql anın kamalından.

Cəfada yana-yana gör ki, mən nələr çəkirəm, Bu eyni fitnəli yarın cəfalı dalından.

Cəfaları nə qədər acı isə, yeyrəkdir Anın acısı rəqibin yağilə balından.

Çələb Nəsimiyə çün əskik eyləməz bir şal, Nə ətləsindən umar kimsənin, nə şalından.

Lüğət: Qəmər – Ay; Çələb – Tanrı; Nur – İşıq; Türfə – Yeni, əcaib şey; Təvil – Uzun; Nüktə – Incə söz, fikir. Ö; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.