Əsas məzmuna keç

Qəzəl

Hicran ilə yanar gecələr rişteyi-canım

Məhəmməd Füzuli

1

Hicran ilə yanar gecələr rişteyi-canım, Rövşən ola, ey şəm’, sənə suzi-nihanım.

Bir şəm’i-şəbistani-bəlayəm ki, degil kəm, Ta mən diriyəm suzi-dilü əşki-rəvanım.

Ey xəlvətimə şəm’i-rüxündən buraxan nur! Didarinə müştaq idi çeşmi-nigəranım.

Sənsiz gecələr ahü fəğanım məh eşitdi, Ey məh, sənə həm yetdi ola ahü fəğanım.

Canə nə rəvadır ki, çəkib tiğ, dəmadəm Qəmzən sökə cismim, dələ bağrım, tökə qanım.

Həmrəngi-ləbindir deyə, qət’i-nəzər etməz Xuni-cigərimdən müjeyi-əşkfəşanım.

Pünhani odum aləmə faş oldu, Füzuli, Ya rəb ki, mənim şəm’ kimi yanə zəbanım.

Lüğət: Xuni – qanlı, qatil

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.