Hicran ilə kim, dəməni-qəm dəstrəsimdir
Hicran ilə kim, dəməni-qəm dəstrəsimdir, Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Gül ayrısı bir bülbüli-bimari qəminəm Əfğan ilə bu guşeyi-möhnət qəfəsimdir.
Cismimdəki bimar könül naləsi, guya, Bir qəmzədə məhmildən asılmış cərəsimdir.
Görmək üzünü qayəti-hər fikrü xəyalım, Öpmək ayağın, mayeyi-şövqü həvəsimdir.
Xurşidə yetər başım əgər, çakərin olsam, Bu rütbə ilə aləm əra fəxr bəsimdir.
Lüğət: Məhmil – gəcavə, örtülü minik; Qayət – məqsud; Çakər – nökər