Əsas məzmuna keç

Qəzəl

Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil

Məhəmməd Füzuli

1

Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil, Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.

Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng, Leyk, canpərvər ləbi-lə’lin kimi şirin degil.

Mehriban derlər səni əğyarə, lakin mən ona Bavər etmən kim, sənə mehr eyləmək ayin degil.

Xublər mehrabi-əbrusinə qılmazsan sücud, Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil.

Ta Füzuli qamətü rüxsarına vermiş könül, Maili-sərvü həvaxahi-gülü nəsrin degil.

Lüğət: Ayin – rəsm, adət, qayda-qanun; Sücud – səcdə etmək; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.