Əsas məzmuna keç

Qəzəl

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni

Məhəmməd Füzuli

1

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni, Surəti-halım görən, surət xəyal eylər məni.

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim, Sayə tək sevdayi-zülfün payimal eylər məni.

Zə’fi-tale’, manei-tovfiq olur, hər necə kim, Iltifatın arizuməndi-vüsal eylər məni.

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim, Arizu sərgəşteyi-fikri-məhəl eylər məni.

Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər, Iqdi-zülfün açma kim, aşüftəhal eylər məni.

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə, Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Növrəs – yeniyetmə, gənc

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.