Əsas məzmuna keç

Qəzəl

Həvayi-eşq başda, dildə tabi-nari-firqət var

Məhəmməd Füzuli

1

Həvayi-eşq başda, dildə tabi-nari-firqət var, Bəla xakində tən pamal, gözdə abi-həsrət var.

Nola bəzmi-bəladə sineyi-nalani çak etsəm, Dəruni-dildən ol yarə yenə ərzi-məhəbbət var.

Məhi-növ sanma tutmuş çərxi tiği-şö’leyi-ahim, Əduyi-bədnihadə ölməz isəm, yenə niyyət var.

Ləbin yadına can vermiş deyib, Fərhadi-dil, cana Yenə əfvahi-aləmdə əcəb Şirin hekayət var.

Gəhi dərdi-fəraği-yar, gahi tə’neyi-əğyar; Füzuli, sanma bu möhnətsəradə istirahət var1.

Lüğət: Bəzm – qonaqlıq, kef məclisi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.