Əsas məzmuna keç

Qəzəl

Həsrətindən, dilbəra, qaldı du çeşmim xabsiz

Şah İsmayıl Xətai

1

Həsrətindən, dilbəra, qaldı du çeşmim xabsiz, Eylə kim, yulduzlar olur gecə gögdə xabsiz.

Ta sədəf ağzında yarın görmüşəm dür dişlərin, Eşq bəhrində könül ol mə’nidən ğərqabsiz.

Zülməti-hicranda qaldım, bir mədəd qıl halimə, Ey pərivəş, çünki rüxsar ilə siz məhtabsiz.

Əhli-həq qapundan özgə heç yerdə qılmaz sücud, Ey sənəm, çün daima aşiqlərə mehrabsiz.

Bu Xətayinin vücudi oldu nurindən zühur, İki aləm zərrədir, xurşidi-aləmtab siz.

Lüğət: Çeşmi – giryan – ağlar göz; Mədəd – kömək; Məhtab – ay işığı; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Xurşid – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.