Əsas məzmuna keç

Qəzəl

Həsrətin dərdindən, ey can, bağrım oldu parələr

Şah İsmayıl Xətai

1

Həsrətin dərdindən, ey can, bağrım oldu parələr, Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.

Yandırub hicran odu könlümü verdi badə gör, Dutdu əflaki-cəhani geydi gög də qarələr.

Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim, Çarə yox, naçar olubdur, neyləsin biçarələr.

Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş, Hicrin etdi mən qəribi üştə gör avarələr.

Öldü dərdindən Xətayi, bir qədəm rəncidə qıl, Qəbrinə basgil, eşitgil səd hezaran nalələr.

Lüğət: Əflak – fələklər; Hüsn – gözəllik; Dil – ürək; Hicr – ayrılıq; Səd – yüz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.