Əsas məzmuna keç

Qəzəl

Həsrəti-vəslilə ol qədr ki, ah eyləmişəm

Məhəmmədəli Şəfai

2

Həsrəti-vəslilə ol qədr ki, ah eyləmişəm, Günümü dudəi-ahilə siyah eyləmişəm.

Ayrılıq günləri həmdəm mənə bir badə idi, Ona bir neççə sınıq camı güvah eyləmişəm.

Ürəyim qanını gözdən axıdıb seyl kimi, Gözümü xuni-dili-zarimə rah eyləmişəm.

Yenə vaiz qudurub, həqqə inanmazlıq edir, Çağırır tövbəyə, bilməm nə günah eyləmişəm.

Sorsa ünvanımı, ol gümrəhü nadanə deyin: Xanəi-izləti mən cayi-pənah eyləmişəm

Zahidin baxma, Şəfai, kələm əmmaməsinə, Çox müəzzəmləri mən əhli-külah eyləmişəm.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.