Əsas məzmuna keç

Qəzəl

Həsrəti-vəsl ilə ol qədri ki, ah eyləmişəm

Məhəmmədəli Şəfai

2

Həsrəti-vəsl ilə ol qədri ki, ah eyləmişəm. Günümü dudəyi-ahimlə siyah eyləmişəm.

Ayrılıq günləri həmdəm mənə bir badə idi. Ona bir neççə sınıq cami güvah eyləmişəm.

Ürəyim qanını gözdən axıdıb seyl kimi, Gözümü xuni-dili-zarimə rah eyləmişəm.

Yenə vaiz qudurub həqqə inanmazlıq edir. Çağırır tövbəyə bilməm nə günah eyləmişəm.

Sorsa ünvanımı ol gümrəhü nadanə deyin, Xaneyi-üzləti mən cayi-pənah eyləmişəm.

Zahidin baxma Şəfai, kələm əmmaməsinə, Çox müəzzəmləri mən əhli-külah eyləmişəm.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.