Əsas məzmuna keç

Qəzəl

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz

İmadəddin Nəsimi

1

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz, Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz.

“Üşşaq” meyindən qılalı işrəti-”Novruz”, Ta “Rast” gələ çəngi-”Hüseyni”də sərəfraz.

Ba “Çargahi” lütf qıl, ey hüsnü “Büzürgi”, “Kuçik” dəhənindən bizə, ey dilbəri-”Tənnaz”.

“Zəngulə” sifət nalə qılam zar “Segaha”, Çün əzmi-”Hicaz” eyləyə məhbubi-xoşavaz.

Ahəngi-”Sifahan” qılır ol nami-”Əraqi”, “Rəhavi” yolunda yenə canım qıla pərvaz.

Könlümü “Hisar” eylədi ol ruhi-”Mübarğə”, Gəl olma “Müxalif” bizə, ey dilbəri-”Şahnaz”.

Çun “Şurə” gəlib eşq sözün qıla Nəsimi, Şövqündən anın cuşa gəlir Sə’diyi-Şiraz.

Lüğət: Nəsnə – Bir şey; Üşşaq – Aşiqlər V; Pərva – Qorxu; Müxalif – Düşmən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.