Hər zülm edib mənə o sitəmkar çəkmişəm
Hər zülm edib mənə o sitəmkar çəkmişəm, Etdikcə o, cəfanı, mən azar çəkmişəm.
Heç bir şikayət etməmişəm, dözmüşəm qəmə, Qəm çəkmirəm ki, mən qəmi-dildar çəkmişəm.
Tə’n eyləyir rəqib mənə, vəchi var ki, mən Yarın yolunda təneyi-əğyar çəkmişəm.
Sən getdiyin yolun tozunu tutiya kimi, Kiprik mililə didəmə, ey yar, çəkmişəm.
Yadi-qədinlə mən gecələr sübhədək müdam Dərdli könüldən ahi-şərərbar çəkmişəm.
Nuş eyləyir, Füzuli, rəqibim meyi-vüsal, Mən hicr oduyla həsrəti-didar çəkmişəm.