Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür, Canıma bir od düşür, bu dilimə yahu gəlür.
Sinəmi qarşu dutaram kuyinə ol dilbərin, Sağınuram dəmbədəm Veysi-Qərəndən bu gəlür.
Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə, Aşiqi-dilxəstəni hər dəm sorur ahu gəlür.
Canımı qurban qılardım yoluna ol dilbərin Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür.
Ey Xətayi, sən vücudin cuyini pak eyləgil, Çünki pak olsa ana sərçeşmədən bir su gəlür.
Lüğət: Məhru – ayüzlü; Yahu – ay Allah, ey bura bax