Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm
Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm, Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm.
Qayəti-rəşkim təmaşa qıl ki, qanımdan keçib, Qeyri qanın tökməgə ol şuxi mötad eylərəm.
Sən, könül, fürsət tapıb ol yarə qurban kim, sənə Gər əlimdən gəlsə, billah mən də imdad eylərəm.
Mətləbim bir gecə əfğanım yetirməkdir sənə, Bunca kim, ey mah, cövründən sənin dad eylərəm.
Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib, Şami-hicran könlümü bu növ ilə şad eylərəm.
Seyyidi-bəxti-qəranı gər «Bilalımdır» desən, Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm.