Əsas məzmuna keç

Qəzəl

Hər pəriçöhrə ki, dünyayə bu dövran gətirir

Məhəmməd Füzuli

1

Hər pəriçöhrə ki, dünyayə bu dövran gətirir, Bizi incitmək üçün bir yeni canan gətirir.

Fələyin şöbədəsi bir gözəli etsə nihan, Gözlə, bax gör necə ondan da gözəl can gətirir.

Qəlbi kövrəklərə naləm necə təsir eləməz, Ölüyə nalələrim sanki mənim can gətirir.

Dəm vurur al dodağından sənin, ey gül, bu qədəh, Onda bir cürətə bax, gör araya qan gətirir.

Canlanır göz qabağında, gözəlim, sərv boyun, Dilinə harda biri sərvi-xuraman gətirir.

Kim gözəl üzdən əgər söhbət edib çəksə məsəl, Bax, o timsali sənin hüsnünə şayan gətirir.

Ey Füzuli, o pərisiz bu qədər fəryadə Xəlqi sən eylədiyin naləvü əfğan gətirir

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.