Əsas məzmuna keç

Qəzəl

Hər nəyə kim, baxırisən anda sən Allahı gör

İmadəddin Nəsimi

1

Hər nəyə kim, baxırisən anda sən Allahı gör, Qəncərü kim, əzm qılsan sümmə-vəchüllahı gör!

Bu ikilik pərdəsindən keç, hicabı rəf’ qıl, Gəl bu birlik rövzənindən bax, bu sirrüllahı gör!

Keç ənaniyyət sözündən, könlünü viranə qıl, Necəsi tezcik bilürsən küntə-kənzüllahı gör!

Həcci-əkbər qılmaq istərsən gəl, ey zahid, bəri, Aşiqin qəlbi içində sən bu Beytüllahı gör!

Can gözilə baxdın isə kainatın eyninə, Andan özgə nəsnə varmı həsbətənlillahı gör!

Münkiri-rö’yət degilsən surəti-həq görməyə, Baxdığınca hər nəzərdə eyni-zatüllahı gör!

Lövhi-ixlas eylədinsə könlünü, ey müttəqi, Kürsiyi-rəhmana ağdın, gögdə ərşüllahı gör!

Ölmədən nəfsini öldür, arifi-rəbb olasan, Nəfxeyi-ruhülqüdüsdən məhz rühüllahı gör!

Elmi-hikmətdən bilirsən bir bəri gəl, ey həkim, Sən Nəsimi məntiqindən dinlə Fəzlüllahı gör!

______________________Milli Kitabxana_______________________

Lüğət: Qəncərü – Necə; Ənaniyyət – Eqoizm, mənəmmənəmlik; Həcci – əkbər – Böyük həcc; Nəsnə – Bir şey; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; İxlas – Səmimilik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.