Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr
Hər kitabə kim, ləbi-lə’lin hədisin yazələr, Rişteyi-can birlə zövq əhli onu şirazələr.
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə, Şəhrə düşmüş “mən səni sevdim” deyən avazələr.
Şeyxlər meyxanədən üz döndərərlər məscidə, Bitəriqətlər gərək kim, doğru yoldan azələr.
Çaklər göksümdə, sanmın kim, açıbdır tiği-eşq Könlümün şəhrinə mehrin girməyə dərvazələr.
Ey Füzuli, yar əgər cövr etsə, ondan incimə, Yar cövrü aşiqə hər dəm məhəbbət tazələr.