Əsas məzmuna keç

Qəzəl

Hər kişinin sorman əslin, izzətindən bəllidir

İmadəddin Nəsimi

1

Hər kişinin sorman əslin, izzətindən bəllidir, Söhbəti-irfan görənlər xidmətindən bəllidir.

Həq təala elm içində çünki simahum dedi, Hər kişinin üzünə bax, surətindən bəllidir.

Dərvişin pirini sormaq dedilər adət degil, Arifanə bir nəzər qıl, kisvətindən bəllidir.

Hər zərin qəlbi məhəkdən bilinür bəllü bəyan, Nitəkim bimari-eşqin illətindən bəllidir.

Sorsalar səndən rəqibi, sən nəsindən biləsən, Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir.

Ey Nəsimi, nəqdini nadan əlinə vermə kim, Cövhəri dana bilir həm qiymətindən bəllidir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bimar – Xəstə; Dana – Bilici

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.