Hər kimin kim, dərdi var, dərmanə göndərmək gərək
Hər kimin kim, dərdi var, dərmanə göndərmək gərək, Hər kimin kim, dərdi yox, viranə göndərmək gərək.
Hər kimin canında xublar həsrəti vardır müdam, Dünyədə ar etməsün, didarə göndərmək gərək.1
Dinməyən, dindirməyən girmək gərək öz küncinə, Hər kimin sevdası var, seyranə göndərmək gərək.
Hər kim iqrar əhlidir, yoxdur niza’, qoy dinləsin, Hər kimin də’visi var, divanə göndərmək gərək.
Bu Xətayidir bu gün meydanda zərbi-dəstilən Hər kimin sevdası var, meydanə göndərmək gərək.
Lüğət: Xublar – gözəllər; Müdam – davamlı, həmişə