Hər kim ki, müştaq olmadı şol dilbərin didarinə
Hər kim ki, müştaq olmadı şol dilbərin didarinə, Yetişmədi Musa kimi anəstünarın narinə.
Yarın liqasın istəgil, canını vergil vəslinə Kim, şol nigara, çox degil, sən qalma dünya varinə.
Qalü bəladə yar ilə qövlü çü qıldın, ey könül, Qövlündə sadiqdir ki, mən inanmışam iqrarinə.
Yarəb, nə şəm’in nuridir gülgün yanağın, ey qəmər, Kim, noh fələk pərvanədir şol surətin ənvarinə.
Çün dünya cifədir dedi həqqin rəsulu, talibi, Çün kəlb imiş, gəl fariğ ol, baxma anın murdarinə.
Ol dilbərin yolunda tərk etdi Nəsimi canını, Bil çox deyil canü cahan gər tərk edərsə yarinə.
Lüğət: Müştaq – Həvəskar; Şol – O; Yarın – Səhər; Qövl – Qohum; Qəmər – Ay; Kəlb – It; Fariğ – Boş, qayğısız