Hər kim ki, baxa bir dəm dilbər qaşı yasına
Hər kim ki, baxa bir dəm dilbər qaşı yasına, Navəklərinə qarşu ya can tuta, ya sinə.
Derdim sənə, ya naseh, yar tərkin edə bilmən, Bil doğru bu sözümnü, sınamavü ya sına.
Bimari-qəmi-eşqin timar ilə önülməz, Yərəb, nola bir sorsan bu haləti-yasina.
Daş alubani dilbər, könlüm şişəsin atar, Qarşu tutaram, şişə bilməm qala ya sına.
Qaşı yayını qurmuş, qanımı tökər billah, İnanmaz isən baxgil qolları boyasına.
Məhbubi-dilaramsan bir bax mana sən, yarəb, Yarəb, dilərəm səndən bu sureyi-Yasinə.
Xəstə Nəsimi, yarın əhvalını heç sormaz, Sormağına çün gəlməz, barı gələ yasına.
Lüğət: Naseh – Nəsihət verən; Bimar – Xəstə; Timar – Əlac; Yarın – Səhər