Hər kim irər vüsalına, eyşi-nəim içindədir
Hər kim irər vüsalına, eyşi-nəim içindədir, Vəslinə irməyən kişi bil ki, cəhim içindədir.
Zülməti-hicrü firqətin misli-cəhənnəm atəşi, Müntəzir ali vəslinə nuri-əzim içindədir.
Abi-həyata irişən buldu həyati-cavidan, Zülmət içində qalanı əzmi-rəmim içindədir.
Çün gedə ortadan hicab, eynə mübəddəl ola elm, Bilinə anda kim, kimin qəlbi səlim içindədir.
Buldu səlamət ol kişi kim, tələbi vüsal idi, Istəməyən səlaməti rəncü əlim içindədir.
Surəti-xuba müddəi baxma deyib haram edər, Üzüqara yəhudu gör, küfri-səqim içindədir.
Buldu bu gün vüsalını eşq ilə uş Nəsimi kim, Vəslinə vasil olanın eyşi müqim içindədir.
Lüğət: Rənc – Əziyyət; Səqim – Xəstə, gücsüz; Müqim – Sakin