Hər kəsin dildə qəmi-simbəri olmuş ola
Hər kəsin dildə qəmi-simbəri olmuş ola, Xoşdur eşqində onun çeşmi-təri olmuş ola.
Odur aləmdə nəzər sahibi, açdıqda gözün Bir gözəl mahliqayə nəzəri olmuş ola.
Eşqdən dönməyən aləmdə o aşiqdir kim, Yatmayıb, kuyi-nigarə səfəri olmuş ola.
Hər xəbərsiz nəyə lazım, mən onun bəndəsiyəm Ki, mənim hali-dilimdən xəbəri olmuş ola.
Neylərəm hər yetəni, mən sevirəm ol kəsi ki, Eşq rahində onun bir hünəri olmuş ola.
Səhldir gərçi fəraqət, quluyam mən o kəsin, Qəlbi qəmlə dolu, yanmış ciyəri olmuş ola.
Qəmi-eşqində Füzuli eləyib can nəzri, Eylə zənn etmə ki, başqa göhəri olmuş ola.