Əsas məzmuna keç

Qəzəl

Hər hübabi-əşkimə bir əks salmış peykərim

Məhəmməd Füzuli

1

Hər hübabi-əşkimə bir əks salmış peykərim, Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.

Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş, Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim.

Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın, Gülxənəm, əksik degil xakistərimdə əxgərim.

Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər, Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.

Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin, Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim.

Nola hər saət od üstündə durarsam dud tək, Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.

Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim, Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.

Lüğət: Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Əxgər – od parçası, qığılcım, qor; Sipehr – göy, sfera; Dud – tüstü, tütün; Bəzm – qonaqlıq, kef məclisi; Bəstər – yataq, yorğan-döşək; Nihal – təzə, boyu düz ağac; Bəri – kənar; uzaq, boş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.