Hər görən eyb etdi abi-dideyi-giryanimi
Hər görən eyb etdi abi-dideyi-giryanimi, Eylədim təhqiq, görmüş kimsə yox cananimi.
Ləhzə-ləhzə xublar gördüm ki, dil qəsdindədir, Parə-parə eylədim mən həm dili-suzanimi.
Çox yetirmə göglərə əfğanım, ey kafir, saqın, Incinir nagəh Məsiha eşidib əfğanimi.
Qılma hər saət məni rüsvayi-xəlq, ey bərqi-ah, Eyləmə rövşən şəbi-qəm külbeyi-əhzanimi.
Çıxma, ey divanə, bazari-məlamətdən deyər, Müttəsil çaki-giribanım tutar damanimi.
Qansı bütdür bilməzəm, imanımı qarət qılan, Səndə iman yox ki, sən aldın deyim imanimi.
Ey Füzuli, canə yetmişdim könüldən, şükr kim, Bağıladım bir dilbərə, qurtardım ondan canimi.
Lüğət: Bərqi – lame’ – ildırım; Müttəsil – bir-birinin ardınca, daima