Əsas məzmuna keç

Qəzəl

Hər gələn dünya mənim der, sən qədim bünyadsən

Şah İsmayıl Xətai

1

Hər gələn dünya mənim der, sən qədim bünyadsən, Cümlənin könlün alıbsan, nə əcəb səyyadsən.

Hər kəsə bir yüz ilə verdin muradın dünyada, Xızr olan buldu həyatı, bildi kim, zülmatsən.

Hər kiminlən oynadın, çəkdin, çevirdin çərxini, Hiç arif nəqşini duymaz, əcəb nərradsən.

Dünyanın malıvü mülki, gəncinə aldanma kim, Əvvəli zərqü nişatdır, axiri şəhmatsən.

Ey Xətayi, sən cəhanın cövrünə şad ol müdam, Çünki sevgin dust iləndür, eşq ilə ustadsən.

Lüğət: Müdam – davamlı, həmişə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.