Əsas məzmuna keç

Qəzəl

Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur

Seyid Əzim Şirvani

1

Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur, Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.

Hər mahi-sim-saqə ki, mən müştəri olam, Səngi-məhəkdə qəlb çıxıb, kəm-əyar olur.

Yüz dəfə lütf ilə eləsə vədeyi-visal, Qismət mənə haman ələmi-intizar olur.

Bunca cəfaların görüb ol binəva könül, Ol bivəfayə, gör, genə ümmidvar olur.

Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah, Bir gün olur ki, kamincə ruzigar olur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.