Hər dəmdə qıllam neytək nəvani
Hər dəmdə qıllam neytək nəvani, Saldın nəzərdən mən binəvanı.
Siccinə düşdüm hicri-rüxündən, «Tərif məkanı, ya mən yərani».
Yandın bu narə, xak oldun, ey dil, Tök ab gözdən, tərk et həvani.
Qönçə dəhanın əsrarın açma, Sən məhrəm etmə badi-səbani.
Ol çini-zülfə gər nisbət etsəm, Billah xətadır müşki-Xətani.
Kakil qəmindən var sərneviştim, Döndərmək olmaz başdan qəzani.
Arif gözündə vəhdətdi kəsrət, Kəsrətdə seyr et zati-xudani.
Zahirdə kəsrət, batində vəhdət, Vəhdət gözüylə gör masivani.
Dəryadi qətrə, dəryayə düşsə, Düş bəhri-eşqə eylə şitani.
Gər zati-həqqi bulmaq dilərsən, Əğyarı tərk et, tap Mürtəzani.
Aləmdə yoxdur bir ondan özgə, Əhvəl degilsən bir görsən ani.
Zati-Məhəmməd zati-Əlidir, İki bədəndə bir bil o cani.
Sirri-dəhanın faş etmə Seyyid, Nadana açma razi-nihani.