Əsas məzmuna keç

Qəzəl

Hər dəm ki, meydən ol büti-tənnaz məst olur

Seyid Əzim Şirvani

1

Hər dəm ki, meydən ol büti-tənnaz məst olur, Dərdi-təğafül ilə könüllər şikəst olur.

Gər mey bu isə, saqisi ol qarə gözlü yar, Zahid satıb əmaməsini, meypərəst olur.

Aşiq degil əgər üzüvə gün, nədəndi bəs, Hər gün düşüb ayağuvun altında pəst olur?

Bu qarə zülfü kakili-mişkin ki, səndə var, Gər Cəbrəil görsə onu paybəst olur.

Seyyid kimi cahanda ayılmaz xumardən, Hər kim ki, məsti-badeyi-cami-ələst olur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.